“Eşitmişəm uzaqlardan...”
Səməd Vurğunun “Azərbaycan” şeiri amerikalı məktəblilərin
ifasında
Azərbaycanın ABŞ-dakı səfirliyində
“Embassy Adoption” proqramı çərçivəsində
Vaşinqton şəhərindəki
“Anne Beers” məktəbinin 5-ci sinif şagirdləri ilə görüş olub.
Əsası 1974-cü ildən qoyulmuş proqramın məqsədi orta məktəb şagirdlərinin
dünya dövlətlərinin
tarixi, mədəniyyəti,
coğrafiyası haqqında
dünya görüşünü
formalaşdırmaqdır. Beş ay davam edən proqram çərçivəsində
Vaşinqtonda akkreditə
olunmuş səfirliklər
Kolumbiya bölgəsində
yerləşən məktəblərin
5-ci və 6-cı sinif
şagirdlərinə təmsil
etdikləri dövlətin
tarixi, coğrafiyası,
adət-ənənələri və mədəniyyəti
barədə təqdimatlarla
çıxış edirlər.
Hazırda 61 səfirlik bu
proqramın iştirakçısıdır.
Ölkəmizlə bağlı proqramın
başa çatması
ilə əlaqədar
təşkil olunmuş
görüşdə şagirdlər
Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini Azərbaycan və ingilis dillərində söyləyib, respublikamız
haqqında əldə
etdikləri bilikləri
bölüşüblər.
Tədbirdə Azərbaycanın
mədəniyyəti, milli bayramları, adət-ənənələri,
mətbəxi, dili, tarixi
barədə təqdimatlar edilib. Sonda şagirdlərin hazırladıqları
Azərbaycan xalçalarının rəsmlərindən ibarət
albom səfirliyə hədiyyə edilib.
Mədəniyyət.- 2013.- 19 iyun.-
S. 13.